Şənbə , Aprel 25 2026
azfa

Tramp İrana razılaşma üçün maksimum 15 gün vaxt verdi

GADTB: Jurnalist: “İran haqqında dediniz ki, əgər İran razılığa gəlməsə, pis hadisələr baş verəcək. Həqiqətən pis hadisələr. Bunlar nə olacaq?”

Donald Tramp: “Mən bnunla bağlı sizə danışmayacağam”.

Jurnalist: “Yaxşı, əgər ABŞ-nin hərbi zərbəsi olacaqsa, məqsəd nədir?”

Tramp: “Bəlkə razılığa gələcəyik, ya da bu və ya digər şəkildə bir sövdələşmə əldə edəcəyik”.

Jurnalist: “Amma hərbi zərbə ilə… Məqsəd onların nüvə potensialını məhv etməkdir?”

Tramp: “Mən bu barədə sizə danışmayacağam, ancaq biz ya razılığa gələcəyik, ya da bu onlar üçün çox xoşagəlməz olacaq”.

Jurnalist: “…Onlara razılığa gəlmək üçün konkret bir vaxt, son müddət vermisiniz?”

Tramp: “Məncə, 10-15 gün kifayət qədər vaxt olar, demək olar ki, maksimum müddətdir”.

Həmçinin yoxlayın

Molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 41 nəfərə ağır cəza verir

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində müharibə ilə əlaqədar həbs edilən 41 nəfər …

“New York Times” qəzeti Müctəba Xamenei ilə bağlı məlumat yaydı

GADTB: The New York Times nəşri İran rəsmilərinə istinadən Müctəba Xameneinin səhhəti ilə bağlı məlumat …