
GADTB: Bu gün İsrail və ABŞ İran və Cənubi Azərbaycan şəhərlərinə hücum edib.
İsrail müdafiə naziri ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirdiyini açıqlayıb. Nazir bildirib ki, yaxın vaxtlarda İsrail ərazisinə və mülki şəxslərə qarşı raket və pilotsuz uçuş aparatları ilə hücum təhlükəsi mövcuddur.
Onun sözlərinə görə, əməliyyat mümkün hücumların qarşısını almaq məqsədi daşıyır.
Eyni vaxtda İran mediası paytaxt Tehranda bir neçə partlayışın baş verdiyi barədə məlumat yayıb. Hadisələrin miqyası və mümkün itkilərlə bağlı rəsmi açıqlama hələlik verilməyib.
Güney Azərbaycan şəhərləri, o cümlədən Təbriz, Urmiya da vurulur.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi