İran adlanan ölkə İsrailin yağış yağmasına imkan vermədiyini iddia edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran adlanan ölkə İsrailin yağış yağmasına imkan vermədiyini iddia edir. Bu iddia ilə rejimin Mülki Müdafiə İdarəsinin rəhbəri Qulamrza Cəlali çıxış edib.

Onun sözlərinə görə, İran elm mərkəzlərinin əldə etdiyi məlumatlar sübut edir ki, ölkədə iqlim kənar müdaxilələr nəticəsində dəyişib:

“İsrail qonşularımızdan biri ilə birgə İrana tərəf gələn yağış buludlarına təsir göstərir. Nəticədə yağışın yağmasına maneə yaradılır”.

Qeyd edək ki, irqçi fars rejimi yanlış siyasətlə xüsusilə Güney Azərbaycan və digər qeyri-fars millətləri ekoloji fəlakətlə qarş-qarşıya qoyub. İndi isə günahı İsrailin üzərinə yıxır.

Həmçinin yoxlayın

Urmiyada 6 min bələdiyyə işçisi və əməkdaşının sığortası dayandırılıb

GADTB: Urmiya bələdiyyəsində çalışan təxminən 6 min işçi və əməkdaşın sığortasının dayandırılması onların və ailələrinin …

Zəncanda yenidən saxlanılan Leyla Cəfərlunun taleyindən məlumat yoxdur

GADTB: Zəncan şəhərindən olan azərbaycanlı gənc xanım Leyla Cəfərlunun yenidən saxlanılmasından bir neçə gün keçməsinə …

Bir cavab yazın