Şənbə , Aprel 25 2026
azfa

İranın hərbi-kosmik obyekti İsrail tərəfindən vuruldu

GADTB: İsrail Hərbi Hava Qüvvələri Tehranda İranın “hücum peykləri” üzərində işləyən kosmik obyektinə zərbə endirib. Bununla bağlı, İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

Bildirilib, zərbə endirilən mərkəz İranın “Çamran-1” peyki də daxil olmaqla ölkənin hərbi-kosmik potensialını inkişaf etdirmək üçün istifadə olunub. Habelə, obyekt, “dünyanın digər ölkələrinin kosmik aktivlərinə və İsrailin peyklərinə zərbə endirmək imkanları” üçün nəzərdə tutulmuşdu.

IDF açıqlayıb ki, həmin obyekt hücumlar nəticəsində artıq məhv edilib. Qeyd olunub ki, “Çamran-1” peyki İran Müdafiə Nazirliyi tərəfindən hazırlanıb və 2024-cü ilin sentyabr ayında SEPAH tərəfindən kosmosa buraxılıb.

Həmçinin yoxlayın

Türkiyə Hörmüzdə mina təmizləmə əməliyyatlarına qoşula bilər

GADTB: Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, İran və ABŞ arasında mümkün sülh …

Tramp nümayəndələrinin səfəri ərəfəsində İran–ABŞ danışıqları ilə bağlı ziddiyyətli açıqlamalar verilib

GADTB: İran Xarici İşlər Nazirliyi Abbas Əraqçinin amerikalı rəsmilərlə görüş planının olmadığını bildirdiyi halda, ABŞ …