Şənbə , Aprel 25 2026
azfa

İsraildən İrana koordinasiyalı hava hücumu: üç şəhər eyni vaxtda vuruldu

GADTB: İrana qarşı həyata keçirilən son hava əməliyyatı çərçivəsində Tehran, Şiraz və Təbriz şəhərlərində yerləşən hədəflərə eyni vaxtda zərbələr endirilib.

İsrail Hərbi Hava Qüvvələrinin məlumatına görə, hücumlar zamanı təhlükəsizlik orqanlarına məxsus obyektlər, o cümlədən İran Kəşfiyyat (ETTELAAT) Nazirliyi və yarıhərbi radikal “Bəsic” qüvvələrinə bağlı hədəflər vurulub.

Şirazda daxili təhlükəsizlik qərargahı və raket anbarı, Təbrizdə isə hava hücumundan müdafiə sistemləri məhv edilib.

Açıqlama İsrail Müdafiə Qüvvələri tərəfindən yayılıb. İran tərəfi hələlik rəsmi mövqe bildirməyib./Azad İram

Həmçinin yoxlayın

Təbrizdə silahlı şəxs öldürüldü

GADTB: Aprelin 23-də Təbrizdə atəş açan silahlı şəxsi polis qüvvələri öldürüb. Bu barədə yerli media …

İran–ABŞ danışıqlarının yenidən başlanması ehtimal edilir

GADTB: “Reuters” agentliyi üç pakistanlı mənbəyə istinadən İran və ABŞ arasında sülh danışıqlarının yaxın zamanda …