Azərbaycanlı fəallar Əhəd Aluyi, Murtəza Yəzdani və Kyumərs İslamı yaxalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimi azərbaycanlı milli-mədəni fəallar Əhəd Alui, Murtəza Yəzdani və Kyumərs İslamını Güney Azərbaycanın müxtəlif şəhərlərində yaxaladı.

Rejimin təlükəsizlik qüvvələri Urmiyada azərbaycanı fəalı Murtəza Yəzdanini yaxalamışdır.

Təbriz şəhərində isə dünən irqçi fars rejimin əmniyyət qüvvələri azərbaycanlı fəal Əhəd Aluyini iş yerində yaxalayaraq, onu naməlum istiqamətə aparıblar.

Muğanın Parsabad şəhərində isə azərbaycanlı milli-mədəni fəal Kyumərs İslami öz ata evinin qarşısında rejimin qüvvələri tərəfindən yaxalanıb.

Qeyd edək ki, Güney Azərbaycanda Babək qalası qurultayı öncəsi irqçi fars rejimi onlarla azərbaycanlı fəalı yaxamışdır.

Həmçinin yoxlayın

Strateji yüksəklik Azərbaycan Ordusunun nəzarətinə keçdi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qazax istiqamətində mühüm əhəmiyyət kəsb edən hakim yüksəklik …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin keçirdiyi görüşlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), Güney Azərbaycan …

Bir cavab yazın