Şənbə , Aprel 25 2026
azfa

Molla rejimi müharibəyə görə 25 azərbaycanlının əmlakı müsadirə edib

GADTB: İrqçi fars-molla rejimi müharibə ilə bağlı 25 həmədanlıya qarşı cinayət işi açıb və onların əmlaklarının müsadirəsi barədə qərar verib.

Bu barədə molla rejimin Həmədandakı Prokurorluğu məlumat yayıb.

Onlar “İsrail ilə əməkdaşlıq” və “milli maraqlara zidd təbliğat, siyasi və media fəaliyyətləri”ndə günahlandırılıblar.

Həmin şəxslərin 6-i Həmədanda yaşasa da, onlardan ikisi Britaniyada, ikisi İsveçrədə, biri Rusiyada, üçü Almaniyada, üçü Türkiyədə və səkkizinin isə İraqda yaşadığı bildirilib.

Cəzalandırılan azərbaycanlıların kimliyi barədə açıqlama verilməyib.

Qeyd edək ki, bir həftə əvvəl də Həmədan Prokurorluğu eyni ittihama görə daha 22 həmədanlıya qarşı cinayət işinin açıldığını və əmlaklarının müsadirə olunduğunu bildirmişdi.

Həmçinin yoxlayın

Təbrizdə silahlı şəxs öldürüldü

GADTB: Aprelin 23-də Təbrizdə atəş açan silahlı şəxsi polis qüvvələri öldürüb. Bu barədə yerli media …

İran–ABŞ danışıqlarının yenidən başlanması ehtimal edilir

GADTB: “Reuters” agentliyi üç pakistanlı mənbəyə istinadən İran və ABŞ arasında sülh danışıqlarının yaxın zamanda …