Şənbə , Aprel 25 2026
azfa

Dünya nəhəngləri Körfəzdən Türkiyəyə köçür

GADTB: Yaxın Şərqdəki gərginlik və İranın Körfəzdəki Amerika texnologiya şirkətlərinin data mərkəzlərinə hücumları fonunda Qərb bulud məlumat mərkəzi infrastrukturunu Türkiyəyə köçürməyi düşünür.

3 milyard dollarlıq “Quql Kloud-Türksell” (“Google Cloud-Turkcell”) mərkəzinin təməlqoyma mərasimi may ayında Ankarada keçiriləcək və bu, Türkiyəyə rəqəmsal miqrasiya istiqamətində atılan ilk konkret addım olacaq.

Qəzet qeyd edib ki, “Ulduz qapısı” (“The Stargate”) layihəsinin bir hissəsi olaraq, Körfəz dövlətləri 2030-cu ilə qədər 500 milyard dollarlıq “rəqəmsal ekosistem” yaratmağa, vergi güzəştləri və ucuz enerji ilə texnologiya nəhənglərini cəlb etməyə çalışıblar. Lakin regiondakı qeyri-sabitlik bütün bu planları pozub.

Qəzet mürəkkəb fiber-optik xətlərdən, nəhəng soyutma sistemlərindən və dənizaltı kabellərdən istifadə edən data mərkəzlərinin təkcə fiziki hücumlara deyil, həm də elektrik kəsintilərinə qarşı olduqca həssas olduğunu qeyd edir.

Nəşr Birləşmiş Ərəb Əmirliklərində və Bəhreyndə müxtəlif süni intellekt modellərinin hazırlanması və inkişafı üçün istifadə edilən data mərkəzlərinə İranın kamikadze-dron hücumlarına diqqət çəkib. Qeyd olunub ki, bu, bulud xidmətlərini iflic edib və regionda genişmiqyaslı texnologiya investisiyalarının gələcəyi ilə bağlı suallar yaradıb.

Həmçinin yoxlayın

Təbrizdə silahlı şəxs öldürüldü

GADTB: Aprelin 23-də Təbrizdə atəş açan silahlı şəxsi polis qüvvələri öldürüb. Bu barədə yerli media …

İran–ABŞ danışıqlarının yenidən başlanması ehtimal edilir

GADTB: “Reuters” agentliyi üç pakistanlı mənbəyə istinadən İran və ABŞ arasında sülh danışıqlarının yaxın zamanda …