Çərşənbə axşamı , İyun 16 2026
azfa

İran limanlarına dəniz blokadası davam edir; Çox sayda gəmi geri qaytarılıb

GADTB: ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran limanlarına daxil olan və ya çıxan gəmilərə tətbiq edilən dəniz blokadasına dəstəyin davam etdiyini açıqlayıb.

CENTCOM bununla bağlı sosial şəbəkədə bir sıra görüntülər yayımlayıb və bildirib ki, ABŞ Silahlı Qüvvələri regionda suları izləməyə və patrul fəaliyyətini davam etdirir.

Qurumun “X” hesabında yayımlanan açıqlamada qeyd olunub: “Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələri ABŞ-ın İran limanlarına daxil olan və ya çıxan gəmilərin blokadasına dəstək olaraq regional suları izləməyə və patrul etməyə davam edir”.

İranın blokadaya alındığı vaxtdan bu yana ABŞ ordusu blokadanı yarıb keçməyə çalışan 10 gəmini geri qaytarıb və heç bir gəmi blokadanı poza bilməyib.

“Bu günə qədər 10 gəmi yönləndirilib və bazar ertəsi günü qurulduğu gündən bəri ABŞ blokadasını heç bir gəmi pozmayıb”, – açıqlamada deyilir.

Həmçinin yoxlayın

Molla rejimin zindanlarında siyasi məhbuslar edama qarşı aclıq aksiyası keçirir

GADTB: Molla rejimin zindanlarında həbsdə olan siyasi məhbuslar bu gün səhər saatlarından başlayaraq İranın 56 …

ABŞ və İran rəsmiləri razılaşmanın bəzi müddəalarına fərqli yanaşır

GADTB: “Vol Strit Jurnal” ın yazdığına görə, Amerika Birləşmiş Ştatları ilə İran 14 iyun tarixində …