Şənbə , Noyabr 21 2026
azfa

İranda dərman qiymətləri 30 faizdən 300 faizə qədər bahalaşıb

GADTB: İran Əczaçılar Birliyi sözçüsü və idarə heyətinin üzvü ölkədə dərman qiymətlərinin kəskin artdığını açıqlayıb.

Onun sözlərinə görə, hökumətin maliyyə resurslarının çatışmazlığı səbəbindən bir çox dərmanın qiyməti 30 faizdən 300 faizə qədər yüksəlib.

Bildirilir ki, bu bahalaşma xüsusilə xüsusi xəstəliklərdən və xərçəngdən əziyyət çəkən xəstələrə ağır təsir edir. Məsələn, əvvəllər təxminən 1 milyon tümən olan bəzi xərçəng dərmanlarının qiyməti hazırda 30 milyon tümənə qədər yüksəlib.

Məlumatlarda laborator analiz dəstlərinin çatışmazlığı, insulin qıtlığı, həyati əhəmiyyətli dərmanların qiymətlərinin bir neçə dəfə artması və bəzi xərçəng dərmanlarının idxalının dayanması da qeyd olunur.

Hesabatlarda vurğulanır ki, yaranmış vəziyyət artıq yalnız iqtisadi problem deyil, birbaşa insanların həyatı və sağlamlığı ilə bağlı ciddi böhrana çevrilib.

Həmçinin yoxlayın

Əhməd Vəhidi: “Xameneyinin qisasını almaq bizim haqqımızdır”

GADTB: Bu gün terror təşkilatı olan SEPAH-ın baş komandanı Əhməd Vəhidi İslam Respublikasının keçmiş rəhbəri …

ABŞ və İsrail İrana qarşı yeni hərbi hücumu nəzərdən keçirir

GADTB: CBS News telekanalı noyabrın 20-də, cümə günü məlumatlı mənbələrə istinadən xəbər verib ki, ABŞ …