Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

ABŞ İranın kriptovalyuta sektoru ilə bağlı yeni sanksiyalar tətbiq edib

GADTB: ABŞ Maliyyə Nazirliyi İranla əlaqəli qurumlara qarşı yönəlmiş yeni sanksiyalar paketini açıqlayıb.

Məhdudiyyətlərə “Nobitex” kriptovalyuta birjası ilə əlaqədə şübhəli bilinən dörd İran vətəndaşı daxil edilib: Məhəmməd Ağamir, Məhəmmədəli Ağamir, Əli Xoyi və Əmirhüseyn Rad.

Eləcə də sanksiya siyahısına İranın dörd kripto şirkəti əlavə olunub: “Nobitex”, “Bitpin”, “Ramzinex” və “Wallex”.

Bundan əlavə, siyahıya Konqo Demokratik Respublikasının iki vətəndaşı da salınıb.

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, bu tədbirlər İrana qarşı sanksiyalardan yan keçmək üçün istifadə olunduğu iddia edilən maliyyə və rəqəmsal kanallara təzyiqi gücləndirmək məqsədi daşıyır. / Azad İran

Həmçinin yoxlayın

Həbsdə olan azərbaycanlı həkim Həmid Qərəhəsənlinin səhhəti ilə bağlı narahatlıq davam edir

GADTB: Bir qrup həkim və tibb işçisi İran İslam Respublikasının məhkəmə hakimiyyətinə məktub göndərərək həbsdə …

WSJ: “İran nüvə obyektlərini möhkəmləndirir”

GADTB: “The Wall Street Journal” (WSJ) qəzeti yazıb ki, İran mümkün yeni hərbi qarşıdurmaya hazırlaşır, …