Çərşənbə , Oktyabr 14 2026
azfa

Yürüş Mehrəlibəyli Təbriz həbsxanasının xüsusi bölməsinə köçürülüb

GADTB: Azərbaycan Milli Hərəkatının tanınmış fəallarından olan Yürüş Mehrəlibəyli yayılan məlumatlara görə Təbriz həbsxanasının xüsusi bölməsinə köçürülüb.

Məlumatlı mənbələrin bildirdiyinə görə, son günlər Təbriz həbsxanasında bəzi siyasi məhbuslara telefon əlaqəsindən istifadə qadağası da daxil olmaqla bir sıra məhdudiyyətlər tətbiq olunub. Bu məhdudiyyətlər həbsxanadakı bir qrup siyasi məhbusun etirazına səbəb olub.

Məlumata əsasən, Yürüş Mehrəlibəyli bu vəziyyətə etiraz edən məhbuslardan biri kimi tanınıb və bundan sonra xüsusi bölməyə köçürülüb.

Həmçinin bildirilir ki, Təbriz həbsxanasında saxlanılan təxminən 60 siyasi məhbus Yürüş Mehrəlibəylinin yenidən ümumi bölməyə qaytarılmayacağı təqdirdə aclıq aksiyasına başlayacaqları barədə xəbərdarlıq ediblər.

Həmçinin yoxlayın

İraqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir

GADTB: İrqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir. Bu istiqamətdə molla …

Azərbaycanlı şair və həkim Aqşın Ağkəmərli vəfat edib

GADTB: Bu gün səhər saatlarında Azərbyacn Respublikasında yaşayan Güney Azərbaycandan olan folklorşünas, tədqiqatçı və yazıçı …