Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

ABŞ İranın raket və dron anbarlarına, həmçinin sahil radar obyektlərinə zərbələr endirib

GADTB: İranın  iyunun 25-də Oman sahilləri boyunca Hörmüz boğazını tərk edən Sinqapur bayrağı altında üzən M/V Ever Lovely yük gəmisinə dron hücumuna cavab olaraq atılıb ABŞ İranın raket və dron anbarlarına, həmçinin sahil radar obyektlərinə zərbələr endirib.

CENTCOM bu hücumu atəşkəsin açıq şəkildə pozulması və naviqasiya azadlığına təhdid kimi qiymətləndirib.

ABŞ qüvvələri kommersiya gəmiləri üçün təhlükəsiz keçidin koordinasiyasını davam etdirdiyini və razılaşmaya tam əməl olunmasını təmin etmək üçün ayıq vəziyyətdə qaldığını bildirir.

ABŞ vitse-prezidenti Cey Di Vens isə İrana xəbərdarlıq edərək bildirib ki, ABŞ “zorakılığa zorakılıqla cavab verəcək.”

Vens deyib ki, əgər İranın anlaşma memorandumunun icrası ilə bağlı hər hansı problemi və ya narahatlığı varsa, “telefonu qaldırıb danışa bilər.”

ABŞ vitse-prezidenti X sosial şəbəkəsində yazıb:

“İran atəşkəs razılaşmasını imzalayıb və biz də ona sadiq qalmışıq. Əgər onların memorandumun icrası ilə bağlı fikir ayrılığı varsa, sadəcə telefonu qaldırıb danışsınlar. Amma zorakı davranışlarına zorakı cavab veriləcək.”

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …