
GADTB: ABŞ Prezidenti Donald Tramp müdafiə naziri Pit Hegset və Baş Qərargah rəisi Den Kin, eləcə də digər yüksək rütbəli rəsmilərlə İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara qayıtmaq variantını müzakirə edib.
Trampın hazırda hələ də diplomatiya yoluna üstünlük verdiyi və yekun qərar verilmədiyi bildirilir.
Tramp genişmiqyaslı hücumların diplomatik prosesə mane ola biləcəyini və İranın nüvə proqramının ləğvi səylərinə zərər vuracağını düşünür.
Tramp hələlik razılaşmaların pozulacağı təqdirdə İrana qarşı məhdud zərbələrin endirilməsi əmrini kifayət hesab edir.
Ümumiyyətlə həmin müzakirələr göstərir ki, o, danışıqlardakı dalandan çıxmaq yollarını axtarır və hərbi variantı tamamilə istisna etməyib.
Tramp danışıqların 18 avqust tarixinə olan son möhləti keçməsindən narahat olmadığını bildirib.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi