Cümə axşamı , Sentyabr 17 2026
azfa

Tramp min nəfərin müşayiəti ilə Türkiyəyə səfər edəcək

GADTB: ABŞ Prezidenti Donald Tramp iyulun 7-də təxminən min nəfərlik nümayəndə heyəti ilə Türkiyəyə səfər edəcək. Bu barədə “Hürriyyət” qəzeti məlumat yayıb.

Məlumata görə, liderlərin sammitindən bir gün əvvəl Tramp Ankaradakı Prezident Kompleksində rəsmi mərasimlə qarşılanacaq. O, əvvəlcə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüş keçirəcək, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparılacaq. Görüşün yekununda iki liderin birgə mətbuat konfransı keçirməsi də gözlənilir.

Bildirilir ki, Tramp Türkiyəyə prezident limuzinini və prezident helikopterini də gətirəcək.

Həmçinin yoxlayın

ABŞ İran üzərində iqtisadi təzyiqi gücləndirmək üçün qlobal maliyyə qurumlarını bir araya gətirib

GADTB: ABŞ Maliyyə Nazirliyi beynəlxalq maliyyə qurumları ilə İran İslam Respublikasına qarşı “iqtisadi təcridetmə” əməliyyatının …

Azərbaycanlı fəal Abdullah Sadiqian saxlanılaraq Təbriz həbsxanasına köçürülüb

GADTB: Azərbaycanlı fəal Abdullah Sadiqian bir həftə əvvəl saxlanılaraq Təbrizin Mərkəzi Həbsxanasına köçürülüb. Bildirilir ki, …