Şənbə , Oktyabr 17 2026
azfa

Ağ Ev İranla uzunmüddətli qarşıdurmaya hazırlaşır

GADTB: Ağ Ev Hörmüz boğazı ətrafında İranla günlərlə, hətta həftələrlə davam edə biləcək hərbi qarşıdurmaya hazırlaşır. Bu barədə Axios ABŞ rəsmilərinə istinadən xəbər verib.

Məlumata görə, əvvəlcə İranın raket imkanlarını zəiflətmək və nüvə proqramının qalan hissəsini məhv etmək məqsədi daşıyan əməliyyatlar indi Hörmüz boğazı üzərində uzunmüddətli qarşıdurma mərhələsinə keçib.

ABŞ rəsmilərindən biri Axios-a bildirib ki, münaqişənin müddəti və intensivliyi tamamilə Tehranın növbəti addımlarından asılı olacaq. Onun sözlərinə görə, İran Hörmüz boğazında ticarət gəmilərinə hücumları davam etdirərsə, qarşıdurma bir neçə gün, bir həftə və ya hətta bir ay davam edə bilər.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …