Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

İran adlanan ərazidə türklərin ana dili üçün təhlükə siqnalı

GADTB: Valideynlərdən daxil olan məlumatlara görə, “Fars dili yetərliyi” proqramı dövlət məktəblərində, xüsusilə də özəl təhsil müəssisələrində ciddi şəkildə tətbiq olunur.

Bildirilir ki, müəllimlər uşaqlarla yalnız fars dilində danışır, əgər hər hansı şagird fars dilini bilmirsə, onunla türk dilində ünsiyyət qurmur və türk dilində verdiyi sualları da fars dilində cavablandırırlar.

Valideynlərdən birinin sözlərinə görə, fars dilini anlamayan azyaşlı övladı ilə müəllimlər yalnız fars dilində danışır və bütün dərsləri yalnız bu dildə izah edirlər. Bu vəziyyət uşağın stress keçirməsinə, narahat olmasına və ağlamasına səbəb olur. Uşaq evdə valideynlərinə “Kaş mən də fars olaydım ki, məktəbdə müəllimimin dilini başa düşəydim” dediyini bildirib.

Şikayətçi valideyn hesab edir ki, bu vəziyyət türklərin ana dili üçün olduqca ciddi təhlükə siqnalıdır. Onun sözlərinə görə, “Fars dili yetərliyi” proqramı valideynləri də övladları ilə fars dilində danışmağa məcbur edir. Bu prosesin davam etməsi yaxın gələcəkdə bütün Azərbaycanda türk dilinin zəifləməsinə, hətta aradan çıxmasına və onun yerini fars dilinin tutmasına səbəb ola bilər.

Həmçinin yoxlayın

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …

Təftanda silahlı şəxslərin pusqusunda Fətimiyyun terrorçularının 20-dən çox üzvü öldürülüb və ya yaralanıb

GADTB: Həl-Vəşin məlumatına görə, bu gün, 13 oktyabr 2026-cı il, çərşənbə axşamı, Təftan rayonunun “Çah-Əhməd” …