Cümə , İyul 24 2026
azfa

ABŞ-ın İran İslam Respublikasının mövqelərinə dəqiq zərbələrinin on birinci gecəsi

GADTB: ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bəyan edib ki, ABŞ qüvvələri İran İslam Respublikasının hərbi hədəflərinə qarşı ardıcıl on birinci gecə həyata keçirilən dəqiq zərbələri başa çatdırıb. Hücumların məqsədi bu hakimiyyətin Hörmüz boğazında ticarət gəmiçiliyini təhdid etmək imkanlarını daha da zəiflətmək olub.

CENTCOM: “ABŞ Şərq vaxtı ilə 21 iyul saat 20:15-də (İran vaxtı ilə 31 tir saat 03:45-də) ABŞ Mərkəzi Komandanlığı İran İslam Respublikasına qarşı ardıcıl on birinci gecə keçirilən hücumları uğurla başa çatdırdı.

CENTCOM qüvvələri İran İslam Respublikasının hərbi əməliyyat mərkəzlərini, dəniz qüvvələrinin imkanlarını, təyyarə anqarlarını, pilotsuz uçuş aparatlarının saxlanıldığı obyektləri və hərbi logistika infrastrukturunu hədəfə aldı ki, bu hakimiyyətin Hörmüz boğazında ticarət gəmiçiliyini təhdid etmək imkanları daha da zəiflədilsin.

İran İslam Respublikası son üç ay ərzində regional və qlobal ticarət üçün həyati əhəmiyyət daşıyan bu beynəlxalq su yolundan keçən 30-dan çox ticarət gəmisinə hücum edib. Bu əsassız hücumlar yüzlərlə günahsız dənizçinin həyatını təhlükə altına salıb və gəmiçilik azadlığını zəiflədib.

İran İslam Respublikasının təcavüzkar addımlarına baxmayaraq, Hörmüz boğazı ticarət gəmilərinin keçidi üçün açıq qalır. CENTCOM qüvvələri may ayının əvvəlindən indiyədək 450 milyon barel xam neft daşıyan təxminən 900 ticarət gəmisinin təhlükəsiz keçidinə yardım göstərib.”

https://t.me/GADTB1/56254

Həmçinin yoxlayın

İran həbsxanalarında saxlanılan azərbaycanlı milli fəalların son vəziyyəti ilə bağlı hesabat

GADTB: Hazırda Azərbaycan Milli Hərəkatının çoxsaylı fəalları qanunsuz məhkəmə hökmləri və ya yetərli hüquqi əsas …

ABŞ gecə və səhər saatlarında İranın cənub və mərkəz bölgələrindəki hədəflərə hücum etdi

GADTB: ABŞ gecə və sübh saatlarında İranın cənub və mərkəzi bölgələrində yerləşən hərbi hədəflərə raket …