Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Azərbaycanlı fəallar ustad Yusif Fərzanə ilə görüşüb

GADTB: Azərbaycanlı mədəni və ictimai fəal nəşriyyat və mədəniyyət sahəsinin tanınmış simalarından olan ustad Yusif Fərzanənin evində onunla görüşərək söhbət edib və səhhəti ilə yaxından maraqlanıblar.

Yusif Fərzanə Azərbaycan mədəniyyəti və nəşriyyatının görkəmli simalarından, həmçinin İranda Azərbaycan türkcəsində kitab nəşrinin öncüllərindən olan doktor Məhəmmədəli Fərzanənin qardaşıdır. O, Tehranda “Əndişəye No” nəşriyyatını təsis etməklə 1970-ci illərdən etibarən Azərbaycan dili, ədəbiyyatı, tarixi və mədəniyyəti sahəsində çoxsaylı əsərlərin nəşrini həyata keçirib və Azərbaycan türkcəsinin yazılı irsinin qorunması və inkişafında mühüm rol oynayıb.

Ustad Fərzanənin onilliklər boyu yazıçılara, tədqiqatçılara göstərdiyi dəstək və mədəni əsərlərin nəşri istiqamətindəki fəaliyyəti onu Azərbaycanın nəşriyyat və mədəniyyət sahəsinin ən nüfuzlu simalarından birinə çevirib. Bir çox mədəniyyət fəalı onun İran türklərinin dili və milli-mədəni kimliyinin qorunmasındakı xidmətlərini qalıcı və dəyərli hesab edir.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …