Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

ABŞ İrana qarşı əməliyyatı genişləndirməyə hazırlaşır

GADTB: ABŞ Yaxın Şərqdəki hərbi mövcudluğunu artırır, İrana qarşı əməliyyatın mümkün genişləndirilməsinə hazırlıq məqsədilə oraya qoşun və avadanlıq köçürür.

Bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat verib.

Məlumata görə, son bir həftə ərzində ABŞ-dakı bazalardan Yaxın Şərqə xüsusi əməliyyat qüvvələrinin yerləşdirildiyi bildirilib.

Mənbə qeyd edib ki, regiondakı aviabazalara qırıcı eskadrilyaları yerləşdirilib, ABŞ və Böyük Britaniyadakı bazalardakı bombardmançılar yüksək hazırlıq vəziyyətinə gətirilib.

Qəzet onu da vurğulayır ki, bütün bunlar ABŞ prezidenti Donald Trampın İrana qarşı hərbi əməliyyatları artırmağı düşündüyünü göstərir.

Həmçinin yoxlayın

Azərbaycanlı ekoloq fəal Milad Balsininin həbsdə saxlanılması davam edir, vəziyyəti barədə məlumat yoxdur

GADTB: Azərbaycanlı jurnalist və fəal Milad Balsinininin barəsində həbs qətimkan tədbirinin seçilməsindən 30 gündən çox …

“Türk Dünyası Gənclər Məclisi”ndə “Ayrılıq” mahnısının duyğulu ifası: “Qaqauz” sənətçinin dilindən Azərbaycanın ayrılıq hekayəsi – Video

GADTB: Moldovalı qaqauz türk müğənnisi Leonida Timoş “Türk Dünyası Gənclər Məclisi”ndə ölməz “Ayrılıq” mahnısını ifa …