Cümə , Noyabr 13 2026
azfa

Molla rejimi Avropa gəmilərini qanuni hədəf elan etdi

GADTB: İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib ki, Hörmüz boğazına yaxınlaşacaq Avropa gəmiləri İran ordusunun qanuni hədəfi hesab olunacaq.

Qəribabadi qeyd edib ki, Hörmüz boğazı İranın milli təhlükəsizliyinin ayrılmaz tərkib hissəsinə çevrilib və ölkənin mühüm müdafiə potensialını təcəssüm etdirir. Onun sözlərinə görə, boğaz İranın müharibədə əldə etdiyi uğurun əsas amillərindən biridir və onunla bağlı qəbul edilən qərarlar ölkənin təhlükəsizliyinə uzunmüddətli təsir göstərəcək.

O əlavə edib: “Əgər Hörmüz boğazındakı vəziyyət əvvəlki halına qayıtsa, müharibədə əldə etdiyimiz uğur natamam olacaq”. /Azad İran

Həmçinin yoxlayın

Molla rejimi Qəşqay türklərinin Qəşqay vilayətinin yaradılması tələbinə məhəl qoymur

GADTB: Qəşqay türklərinin Qəşqay vilayətinin bərpası və ya yenidən yaradılması ilə bağlı uzun illərdir davam …

Təbrizdə türkcə “Sallax” tamaşasının posteri təqdim olunub

GADTB: Əkbər Şəriətin müəllifi olduğu, Məhəmmədrza Qənbərinin quruluş verdiyi və Mehdi Səmsarinin prodüserliyi ilə hazırlanan …