Cümə axşamı , İyul 30 2026
azfa

SEPAH xüsusi təyinatlı qüvvələri İranın qərb sərhədlərinə göndərib

GADTB: SEPAH-a bağlı media hesabı X sosial şəbəkəsində yayımladığı məlumatda bildirib ki, İraq ərazisindən silahlı kürd qruplarının üzvlərinin İrana keçməsinin qarşısını almaq məqsədilə qurumun xüsusi təyinatlı qüvvələri ölkənin qərb sərhədlərində yerləşdirilib.

SEPAH iddia edib ki, ötən gün silahlı kürd qrupunun dörd üzvü İrana daxil olmağa və etirazçılara silah ötürməyə cəhd edərkən öldürülüb. Qurum həlak olan şəxslərin kimliyi, toqquşmanın baş verdiyi dəqiq məkan və silah daşınması ilə bağlı iddiaları təsdiqləyən sübutlar barədə məlumat verməyib. Müstəqil mənbələr də bu iddiaları indiyədək təsdiqləməyiblər.

Bundan əvvəl yayılan xəbərlərdə bildirilib ki, SEPAH-ın Saberin xüsusi təyinatlı birləşməsinin təxminən 3 min hərbçisi ağır texnika, artilleriya qurğuları və pilotsuz uçuş aparatları ilə birlikdə Qərbi Azərbaycan vilayətinin Sərdəşt, Bane və Xana (Piranşəhr) bölgələrinə, eləcə də Kürdüstan vilayətinin Mərivan rayonuna göndərilib.

SEPAH-ın İraq sərhədində hərbi mövcudluğunu artırması son aylarda İran İslam Respublikası ilə İraq Kürdüstan Regional İdarəsində fəaliyyət göstərən kürd müxalif silahlı qrupları arasında qarşıdurma və qarşılıqlı hücumların intensivləşdiyi bir vaxta təsadüf edir.

Eyni zamanda, son həftələr Qərb ölkələri ilə əlaqəli bəzi farsdilli media orqanlarında bu silahlı kürd qruplarının fəaliyyəti geniş işıqlandırılıb. Bəzi müşahidəçilər hesab edirlər ki, bu qruplar münaqişənin növbəti mərhələsində İran ərazisinə daxil olmağa və ya quru əməliyyatlarına başlamağa cəhd göstərə bilərlər.

Həmçinin yoxlayın

Türk Dövlətləri Təşkilatının ilk peyki bu tarixdə buraxılacaq

GADTB: Türk Dövlətləri Təşkilatının (TDT) ilk birgə peyki olan OTS-SAT-ın 2027-ci ildə buraxılması planlaşdırılıb. Bu …

ABŞ İranla bağlı qurumlara sanksiya tətbiq etdi

GADTB: ABŞ Xəzinədarlığı İranla əlaqəli qurumlara qarşı yeni sanksiyaları təsdiq edib. Xarici Aktivlərə Nəzarət İdarəsi …