Şənbə , Oktyabr 17 2026
azfa

İraq Daxili İşlər Nazirliyi: Qanunsuz pilotsuz uçuş aparatları terror vasitəsi kimi qiymətləndiriləcək

GADTB: İraq Daxili İşlər Nazirliyi silahların dövlət nəzarətinə keçirilməsi planı çərçivəsində ölkə üzrə 6 milyon odlu silah barədə məlumatları əhatə edən vahid məlumat bazasının yaradıldığını açıqlayıb.

Nazirlik bildirib ki, indiyədək özünü “Həşdi-Şəbi”yə bağlı kimi təqdim edən 71 saxta qərargah və 119 silah mağazası bağlanıb. Həmçinin vətəndaşlara məxsus 500 mindən çox silah qeydiyyata alınıb.

İraq Daxili İşlər Nazirliyinin məlumatına görə, silahların tənzimlənməsinə cavabdeh komitə cari il ərzində 49 pilotsuz uçuş aparatı (PUA) müsadirə edib. Məhkəmə orqanları qeyri-dinc məqsədlərlə və ya qanunsuz şəkildə istifadə edilən PUA sahibləri ilə bağlı terrorizmlə mübarizə qanunvericiliyinə əsasən tədbir görəcək.

Vətəndaşların silahlarının qeydiyyata alınması üçün hazırkı müddət 31 dekabr 2026-cı il olaraq müəyyən edilib.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …