Çərşənbə , Oktyabr 14 2026
azfa

Molla rejimi ABŞ-ı dəniz blokadasını yarmaqla hədələyib

GADTB: İranın adı açıqlanmayan yüksək vəzifəli rəsmilərindən biri ABŞ ilə diplomatik danışıqların nəticəsiz qalacağı təqdirdə Tehranın hərbi siyasətini müdafiədən “tam hücum” strategiyasına keçirəcəyini bildirib.

Reuters agentliyinə məlumatına görə, ABŞ bir neçə həftə ərzində müvəqqəti sülh sazişinin şərtlərini tam şəkildə yerinə yetirməsə, İran ABŞ-ın dəniz blokadasını yarmaq üçün hərbi addımlara əl ata bilər.

İran rəsmisi bildirib ki, danışıqlarda yaranmış çıxılmaz vəziyyət Tehranın müdafiə siyasətindən “tamamilə hücum” siyasətinə keçmək qərarına səbəb olub. Onun sözlərinə görə, İranın müvafiq strukturları Hörmüz boğazında və bütövlükdə bölgədə gərginliyin artmasına hazır olmalıdır. O qeyd edib ki, mürəkkəb vəziyyət yarandığı halda İran qərar qəbul etməyə və “vaxtında və dəqiq” addımlar atmağa hazırdır.

Həmçinin yoxlayın

İraqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir

GADTB: İrqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir. Bu istiqamətdə molla …

Azərbaycanlı şair və həkim Aqşın Ağkəmərli vəfat edib

GADTB: Bu gün səhər saatlarında Azərbyacn Respublikasında yaşayan Güney Azərbaycandan olan folklorşünas, tədqiqatçı və yazıçı …