Cümə axşamı , Sentyabr 17 2026
azfa

Fransa, Britaniya və ABŞ-ın Hörmüzdə gizli minatəmizləmə əməliyyatı keçirdiyi bildirilir

GADTB: Fransa xüsusi xidmət orqanlarının sözçüsü hesab olunan Intelligence Online nəşri yazıb ki, ABŞ və İran arasında avqustun 17-də başa çatan 60 günlük atəşkəsin müddəti bitməzdən əvvəl, Oman özünün Hörmüz boğazındakı ərazi sularını Tehran tərəfindən yerləşdirilmiş sualtı minalardan təmizləməkdə kömək etmək üçün qeyri-rəsmi şəkildə qərb müttəfiqlərinə müraciət edib.

Nəşr qeyd edir ki, Fransa, Britaniya və ABŞ-nin döyüş dalğıcları qruplarının iştirak etdiyi məxfi əməliyyat iyulun sonu – avqustun əvvəlində həyata keçirilib. Bu riskli missiya haqqında heç bir rəsmi bəyanat verilməyib.

“Intelligence Online” vurğulayır ki, Oman üçün məqsəd 17 avqustdan sonra Vaşinqton və Tehran arasında yaranacaq “qeyri-müəyyənlik dövrü” bərpa olunmazdan əvvəl operativ addımlar atmaq idi.

Ərazi sularının minalardan təmizlənməsi Omana, eləcə də ABŞ-yə İranla danışıqlarda müəyyən manevr imkanı verir. Atəşkəs müddəti başa çatdıqdan sonra Tehran gəmilərin boğazdan keçid hüququ üçün haqq alınması tələbini yenidən irəli sürsə də, Oman marşrutunun qismən yenidən gəmiçilik üçün açılması səbəbindən bu tələb yerinə yetirilmədi.

Bundan əlavə, nəşrin məlumatına görə, fransızlar və britaniyalılar bu missiyanı İyulun 6-da Yelisey sarayında Omanla imzalanmış razılaşma çərçivəsində həyata keçiriblər.

Həmin razılaşma Sultanlığın suveren ərazi sularında gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün bu ölkələr arasında əməkdaşlığı nəzərdə tutur. “Intelligence Online” belə yekunlaşdırır ki, “Bu, məxfi minalardan təmizləmə əməliyyatlarına hazırlıq haqqında mesaj verməyin incə bir yolu idi”.

Həmçinin yoxlayın

İran kəşfiyyatı xaricdə yaşayan müxalifləri izləmək və telefonlarını ələ keçirmək üçün yeni kiberhücum üsulundan istifadə edir

GADTB: Molla rejimin kəşfiyyatı xaricdə yaşayan müxalifləri izləmək və telefonlarını ələ keçirmək üçün yeni kiberhücum …

Sayın Sara xanım Azərsun Türkiyənin Sidneydəki konsulu sayın Bəlgin xanım Ərgünəşə məktubla müraciət etdi

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) İnsan Haqları Departamentinin sədri sayın Sara xanım Azərsun …