
GADTB: Xalxal Sənaye, Mədən və Ticarət İdarəsinin rəhbəri Mustafa Lətifi Xalxal rayonunun Xoruş Rüstəm (Həştcin) bölməsinə daxil olan Qızılüzən çayının mədən zonasında özəl sektorun investisiyası ilə qızıl, mis və molibden metal yataqlarının kəşfiyyatına başlanıldığını açıqlayıb.
Mustafa Lətifi jurnalistlərlə görüşündə bildirib ki, mədən zonasının yeddi nöqtəsində zəngin metal yataqlarının kəşfiyyatı və qazma işləri aparılacaq. Bu məqsədlə dərinliyi 150 metr olan 49 quyu qazılacaq.
O, Xalxal rayonunda metal yataqlarının kəşfiyyatı və qazma işlərinə özəl sektor tərəfindən 1 trilyard rialdan çox vəsait xərclənəcəyini deyib. Lətifinin sözlərinə görə, kəşfiyyat və qazma işləri başa çatdıqdan, mədənlərin istismarına başlanıldıqdan sonra 700-dən çox insan birbaşa işlə təmin olunacaq, 1 500-dən çox nəfər üçün isə dolayı məşğulluq imkanı yaradılacaq.
Xalxal Sənaye, Mədən və Ticarət İdarəsinin rəhbəri bildirib ki, rayonun Qızılüzən çayının mədən zonasında yerləşən mis yataqları ölkənin Sünqün, Məşkinşəhr və Kerman ərazilərindən keçən mis mədənləri qurşağının bir hissəsidir.
Qeyd edək ki, irqçi fars rejimi Azərbaycanın mədən sərvətlərini talamaqla Azərbaycan türklərinə yalnız yoxsulluq və ekoloji fəlakətlər gətirir.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi