Cümə axşamı , Noyabr 5 2026
azfa

Molla rejimi qədim Azərbaycan abidəsini özününküləşdirir

GADTB: İranın Ermənistandakı səfirliyi qədim Azərbaycanın tarixi memarlıq abidəsi olan Göy məscid haqqında videomaterial yayımlayıb.

Səfirliyin rəsmi sosial media hesabında paylaşılan videoda məscid “İranın mədəni irsinin nümunəsi” kimi təqdim olunub.

Videoda bildirilir ki, XVIII əsrdə Əfşarlar sülaləsinin hakimiyyəti dövründə inşa edilən Göy məscid “İranın İrəvandakı tarixi varlığından” günümüzədək gəlib çatan ən mühüm abidələrdən biridir.

Qeyd edək ki, Göy məscid Əfşarlar sülaləsinin deyil, İrəvan xanlığının hakimi Hüseynəli xan Qacarın hakimiyyəti dövründə inşa edilib. Göy məscidin Azərbaycan tarixindəki yerini silməklə onun mənsubiyyətini dəyişmək mümkün deyil. Tarix diplomatik nümayəndəliklərin montaj masasında yazılmır!

Həmçinin yoxlayın

Türkiyə Prezidenti Cənubi Koreyanın texnologiya və sənaye şirkətlərinin rəhbərlərini qəbul edib

GADTB: Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Koreyaya rəsmi səfəri çərçivəsində paytaxt Seulda texnologiya, elektronika, …

Respublikaçıların Konqresin hər iki palatasında məğlubiyyətindən sonra Tramp “Truth Social” şəbəkəsində “VETO” yazılmış papağın şəklini paylaşdı

GADTB: ABŞ Prezidenti Donald Tramp Konqresə keçirilən aralıq seçkilərdə demokratların qələbələrinə cavab olaraq “Truth Social” …