Cümə axşamı , Noyabr 5 2026
azfa

Türkiyə Prezidenti Cənubi Koreyanın texnologiya və sənaye şirkətlərinin rəhbərlərini qəbul edib

GADTB: Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Koreyaya rəsmi səfəri çərçivəsində paytaxt Seulda texnologiya, elektronika, biotexnologiya və kimya sənayesi üzrə aparıcı şirkətlərin rəhbərliyi ilə bir araya gəlib.

Məlumata əsasən, Prezident Rəcəb Tayyib Ərdoğan “LG Electronics”in baş direktoru Lyu Cae-çol, “Celltrion”un baş direktoru So Cin-sok, “SK Chemicals” və “SK Plasma” şirkətlərinin baş direktoru Cehun An, eləcə də “Hyundai Motor Group”un rəhbəri Çon Eyson ilə görüşüb.

Dövlət başçısı səfər proqramı çərçivəsində həmçinin “Samsung”un baş direktoru Roh Te-mun, “Chemtronics Wits” şirkətinin sədri Kim Bokyun və Koreya Elektrik Enerjisi Korporasiyasının (KEPCO) vitse-prezidenti, həmçinin yeni bizneslər üzrə rəhbər Çan-huk Çunun rəhbərlik etdiyi nümayəndə heyətlərini qəbul edib.

Həmçinin yoxlayın

Molla rejimi qədim Azərbaycan abidəsini özününküləşdirir

GADTB: İranın Ermənistandakı səfirliyi qədim Azərbaycanın tarixi memarlıq abidəsi olan Göy məscid haqqında videomaterial yayımlayıb. …

Respublikaçıların Konqresin hər iki palatasında məğlubiyyətindən sonra Tramp “Truth Social” şəbəkəsində “VETO” yazılmış papağın şəklini paylaşdı

GADTB: ABŞ Prezidenti Donald Tramp Konqresə keçirilən aralıq seçkilərdə demokratların qələbələrinə cavab olaraq “Truth Social” …