Çərşənbə axşamı , Avqust 18 2026
azfa

Azərbaycanlı Türk milli-mədəni fəal Nasir Xülusi həbs edilib

GADTB-nin məlumatına görə Azərbaycanlı Türk fəal Nasir Xülusi 6 illik həbs cəzasını çəmək üçün iran adlanan yerin təhlükəsizlik orqanları tərəfindən tutulub. Məlumata görə, Təbriz şəhərindən olan azərbaycanlı Türk milli-mədəni fəal oktyabrın 30-da Urmiya İnqilab Məhkəməsinin çıxardığı həbs cəzasını çəkmək üçün təhlükəsizlik orqanları tərəfindən öz ata evində yaxalanaraq Təbriz Məhkəməsinə aparılıb.

Qeyd edək ki, heç bir cinayət işləməmiş və yalnız milli-mədəni fəaliyyətləri olan Nasir Xülusi 2017-ci il iyunun 28-də Urmiyə Məhkəməsinin 2-ci Şöbəsi tərəfindən “sistemin əleyhinə təbliğat aparmaq” və “milli təhlükəsizliyi pozmağa cəhd göstərməkdə” ittiham edilərək 6 il həbs cəzasına məhkum edilib.

Bildirək ki, Nasir Xülusi 2017-ci il yanvarın 23-də Təbrizdən Urmiya şəhərinə gedərkən saxlanılmışdı. O Təbriz İslam İnqilabı Keşikçilər Korpusu – “Sepah”-ın təknəfərlik kamerasında 21 gün saxlandıqdan sonra fevral ayının 13-də Təbriz zindanının karantin bölümünə köçürülüb, bir müddət sonra isə 500 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdı. Onun 23 gün müddətinə müvəqqəti həbsdə olduğu zaman fiziki və psixoloji işgəncələrə məruz qaldığı söylənilir.

Həmçinin yoxlayın

Urmiya gölünün suyu azalmağa başlayıb

GADTB: Urmiya gölünün bərpası üzrə Milli İşçi Qrupunun katibi Rza Rəhmani deyib ki, hazırda Urmiya …

Təbrizdə elektrik kəsintiləri Tehranın göstərişi ilə müəyyənləşdirilir

GADTB: Təbrizdə uzunmüddətli elektrik kəsintiləri ilə bağlı narazılıqların artması fonunda Təbriz Elektrik Paylayıcı Şirkəti bəzi …