Çərşənbə , Sentyabr 30 2026
azfa

Azərbaycan komandaları Qarabağ və Tirəxtur öz rəqibləri ilə yarışıblar.

Madriddə “Atletiko” ilə yarışan “Qarabağ” yenə tarix yazıb. Azərbaycan çempionu “Qarabağ” IV turun ilk oyun günündə meydana çıxıb. Ağdam təmsilçisi səfərdə “Atletiko” ilə görüşüb. Madrid təmsilçisi ilə qarşılaşma yeni inşa olunan “Metroplitano” stadionunda keçirilib.

Turnir cədvəlinin aşağı pillələrində qərarlaşan komandaların duelində qalib müəyyənləşməyib. Qrupda qələbəsi olmayan Qurban Qurbanovun yetirmələri səfərdən 1 xalla dönməyi bacarıb. Oyunda hesabı təmsilçimiz açıb. Yarışı 40-cı dəqiqədə künc zərbəsindən vurulan topu effektli baş zərbəsi ilə tora göndərib. İlk hissəni bu hesabla başa çatıb. İkinci hissədə təzyiqi artıran rəqib 56-cı dəqiqədə qol vurmağa nail olub. Qalan dəqiqələrdə başqa qol olmayınca yarış 1:1 hesablı bərabərliklə başa çatıb.

Oktyabrın 31-də Təbrizin Səhənd stadionunda da “Traxtur” və İsfahanın “Zob ahən” komandaları arasında görüş keçirilib. Yarışda heç bir komanda tərəfindən qol vurulmayıb, bununlada “Traxtur”-“Zob ahən” görüşü 0:0 bərabər hesabla sona çatıb.

Məlumata görə, “Perspolis”in qapıçısı Əlirza Biranvəndin “Traxtur” klubuna keçmək üçün klub rəhbərliyi ilə müzakirələrə başladığı söylənilir.

Həmçinin yoxlayın

ABŞ “Saha” və İran silahlarının daşınmasında əlaqəsi olduğu bildirilən iki Rusiya şirkətinə sanksiya tətbiq edib

GADTB: ABŞ Dövlət Departamenti çərşənbə axşamı, sentyabrın 29-da BMT-nin İrana qarşı sanksiyalarının yenidən qüvvəyə minməsinin …

İran və ABŞ arasında danışıqlar dayanıb və qarşıdurma yenidən başlanya bilər

GADTB: “Aksios” üç məlumatlı mənbəyə istinadən xəbər verir ki, BMT Baş Assambleyasının toplantısı çərçivəsində Qətərli …