Azərbaycan, Rusiya, Qazaxıstan və İran adlanan ölkənin hərbi gəmiləri Xəzərdə döyüş hazırlığı poliqonunda məşq ediblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Dəniz kuboku – 2018” beynəlxalq müsabiqəsinə hazırlıq çərçivəsində Azərbaycan, Rusiya, İran və Qazaxıstan hərbi gəmiləri Xəzər dənizindəki döyüş hazırlığı poliqonunun ərazisində artilleriya atışlarını  məşq etdiriblər.

Hərbi dənizçilər üzən minaların məhv edilməsi məqsədilə ilkin artilleriya atışları icra edib. Gəmilərin müxtəlif üsullarla yanalması da məşq olunub.

Növbəti hazırlıq mərhələsində gəmi heyətləri dəniz və hava hədəflərinə artilleriya atışlarını, habelə heyətlərin sağqalma qabiliyyətini məşq etdirəcəklər.

Qeyd edək ki, Rusiya və İran adlanan ölkə Xəzər dənizinin hərbiləşməsinə çalışır. İndiki vəziyyətdə Qərb sanksiyaları ilə qarşılaşdıqlarına görə, Azərbaycan və Qazaxıstanı da özlərinə qatıblar ki, öz hərbiləşdirmə işlərini ümumi proses kimi göstərsinlər.

Həmçinin yoxlayın

Strateji yüksəklik Azərbaycan Ordusunun nəzarətinə keçdi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qazax istiqamətində mühüm əhəmiyyət kəsb edən hakim yüksəklik …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin keçirdiyi görüşlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), Güney Azərbaycan …

Bir cavab yazın