Şənbə , Aprel 25 2026
azfa

ABŞ-ın İran adlanan ərazinin sərhədlərinə qoşun yığdığı söylənilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Fərah şəhəri ABŞ-ın İrana mümkün hücumunda hərbi baza kimi istifadə edilə biləcək bölgələrdən biri sayılır.

ABŞ öz xüsusi təyinatlılarını Əfqanıstanın İranla sərhəddə yerləşən Fərəh bölgəsində yerləşdirib. Bunu Əfqanıstan Müdafiə Nazirliyinin sözçüsü Məhəmməd Radmeneş bildirib.

Nazirliyin rəsmisi ABŞ qüvvələrinin Əfqanıstanın hüquq-mühafizə orqanlarına terrorizmilə mübarizədə yardımçı olacağını deyib. Onun sözlərinə görə, ABŞ xüsusi təyinatlıları hər hansı bir təlimə qatılmayacaqlar.

Əfqanıstanın dördüncü böyük şəhəri olan Fərah İranla sərhəddə yerləşir və 925 min nəfər əhalisi var. İranla sərhəd şəhəri olması səbəbindən strateji əhəmiyyətə malikdir. Xüsusilə ABŞ-ın İrana mümkün hücumunda bura hərbi baza kimi istifadə edilə biləcək bölgələrdən biri sayılır.

Əfqanıstanın sabiq prezidenti Həmid Kərzai ABŞ-ın bu ölkədəki hərbi varlığının Çin, Rusiya və İran ilə mübarizə məqsədli olduğunu söyləmişdi.

Həmçinin yoxlayın

Molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 41 nəfərə ağır cəza verir

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində müharibə ilə əlaqədar həbs edilən 41 nəfər …

“New York Times” qəzeti Müctəba Xamenei ilə bağlı məlumat yaydı

GADTB: The New York Times nəşri İran rəsmilərinə istinadən Müctəba Xameneinin səhhəti ilə bağlı məlumat …

Bir cavab yazın