Bazar , Noyabr 24 2024
azfa

Azərbaycanlı öyrəncilər Səməd Behrənginin məzarını ziyarət etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən avqust ayının 31-i azərbaycanlı milli-mədəni fəal, yazıçı və fədakar müəllim Səməd Behrənginin öldürülməsinin ildönümü münasibətilə azərbaycanlı öyrənci fəallar onun Təbrizdə məzarını ziyarət etdi.

Azərbaycanlı öyrəncilər S.Behrəngini xatirəsini dərin hörmət və sevgi ilə andılar.

Qeyd edək ki, Təbrizdə dünyaya göz açan Səməd Behrəngi irqçi şah rejimi dövründə Güney Azərbaycanın kəndlərində maarifçilik işi ilə məşğul olaraq, azərbaycanlı şagird və tələbələri oyadırdı. O eyni zamanda əhalini maarifləndirmək üçün ciddi-cəhdlə çalışırdı.

Dəfələrlə şah rejiminin qəzəbinə tuş gələn S.Behrəngi Araz çayında şübhəli şəkildə boğularaq, dünyasını dəyişmişdir. Onun şah rejimi tərəfindən həyatına qəsd edildiyi bildirilir.

Həmçinin yoxlayın

“Hüseyniyyun” terror qruplaşmasının “rəhbəri” yenidən peyda olub: “Azərbaycan əleyhinə tədbir keçirilib”

GADTB: İranda gizlənərək molla rejiminə sığınan və Azərbaycana qarşı təxribat fəaliyyətləri aparan “Hüseyniyyun” terror təşkilatının …

Başqırd türkcəsi və başqırd türklərinin yeri

GADTB: Başqırd adının mənşəyi hələ də tam olaraq məlum olmasa da, bu mövzuda müxtəlif rəvayətlər …

Bir cavab yazın