Cümə , Avqust 28 2026
azfa

Qırğızıstanda Üçüncü Dünya Köçəri Oyunlarının təntənəli bağlanış mərasimi keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İssık-Kul gölünün sahilində keçirilən üçüncü Dünya Köçəri Oyunlarının (DKO) təntənəli bağlanış mərasimi olub.

Qırğızıstanın dövlət himni səsləndirildikdən sonra ölkənin Baş naziri Muxammedkalıy Abulqaziev DKO-nın başa çatması münasibətilə idmançıları, qonaqları və digər iştirakçıları təbrik edib.

Bildirilib ki, idmanın 37 növü üzrə yarışlarda dünyanın 80 ölkəsindən 3 minə yaxın idmançı iştirak edib. Tədbirə dünyanın 60 ölkəsindən 500-dən çox jurnalist qatılıb. Yarışlara dair xəbərləri bütün dünyaya yaydıqlarına görə jurnalistlərə minnətdarlıq edən Baş nazir növbəti Oyunların Türkiyədə keçiriləcəyini diqqətə çatdırıb.

Baş nazir DKO-nın bayrağını və simvolunu Türkiyənin mədəniyyət və idman nazirinin müavini Həmzə Erlikaya təqdim edib.

Həmzə Erlikay çıxışında deyib ki, Türkiyədə dördüncü Dünya Köçəri Oyunlarının açılışı 2020-ci il sentyabrın 2-də olacaq.

İdman bayramının təntənəli bağlanış mərasimi Qırğızıstanın və digər dövlətlərdən gələn incəsənət ustalarının böyük konsert proqramı ilə başa çatıb.

Azərbaycan Respublikasından da çoxsaylı qonaqlar iştirak edib.

 

Həmçinin yoxlayın

Sentrkom: İran İslam Respublikasının dəniz mühasirəsi şəraitində 75 ticarət gəmisinin marşrutu dəyişdirilib; 3 gəmi fəaliyyətdən çıxarılıb, 2 gəmi yoxlanılıb

GADTB: ABŞ Mərkəzi Komandanlığı İran İslam Respublikasına qarşı dəniz mühasirəsinin davam etdirildiyi bir vaxtda ABŞ …

Azərbaycan Xarici İşlər Nazirliyindən Rusiyaya sərt reaksiya

GADTB: 27 avqust tarixində günorta radələrində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin qonaq evi qarşısında naməlum …

Bir cavab yazın