1 milyon insan müstəqillik şüarları ilə Kataloniyada küçələrə axışdı- video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Barselona şəhərində təxminən 1 milyon katalon milli bayramları olan “La Diada” nı qeyd etmək üçün küçələrə axışıb.

Kataloniya prezidenti Quim Torra bu bayramı bir tarix kimi dəyərləndirib. O, öz çıxışında azadlıq istədiklərini bəyan edib.

Barselona meydanlarına yığışan katalonlar isə müstəqillik şüarları səsləndirərək,  himnlər oxuyublar.

Tədbirin təşkilatçıları mitinqdə iştirak etmək üçün 460 min insanın rəsmi qeydiyyatdan keçdiyini açıqlayıblar.

Lakin hüquq mühafizə orqanları hər il olduğu kimi, bu il də azı 1 milyon insanın mitinqdə iştirak etdiyini bildiriblər.

 

Həmçinin yoxlayın

Molla rejimi ana dilinə görə həbs etdiyi azərbaycanlı fəal Əsgər Fərəcinin son durumu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi ana dilinə görə azərbaycanlı fəal …

Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib. …

Bir cavab yazın