Bazar ertəsi , Sentyabr 28 2026
azfa

Türk dili Avropada ilk beşlikdə yer aldı

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Türk dili Avropada ilk beşlikdə yer aldı. Bu barədə məlumat Avropa Şurasının Feysbuk səhifəsində yer alıb. Şuranın səhifəsində yerləşdirilən infoqrafikada rus dilində 120 milyon insanın danışdığı bildirilib. Ondan sonrakı yerlərdə isə alman (95 milyon nəfər), fransız (80 milyon nəfər), ingilis dili (70 milyon nəfər) qərarlaşıb.

Türk dili siyahıda beşinci yeri tutub. Belə ki, Avropanın müxtəlif yerlərində olan 70 milyon insanın bu dildən istifadə etdiyini bildirib. Ondan sonrakı yeri isə 69 milyon nəfərlə italiyan dili tutub. Türk dili Avropada ilk beşlikdə yer aldı

Qeyd edək ki, hazırda dünyada 7102, Avropada isə 150 dildən istifadə edilir.

Həmçinin yoxlayın

Təbriz və Trabzon qardaş şəhər elan edildi

GADTB: Təbriz Şəhər İslam Şurasının üzvləri bələdiyyənin Təbriz və Trabzon arasında qardaş şəhər əlaqələrinin yaradılması …

Təbriz Bələdiyyəsinin 10 bölgəsinin sürücüləri Şəhər Şurası qarşısında etiraz ediblər

GADTB: Təbriz Bələdiyyəsinin 10 bölgəsində çalışan bir qrup sürücü Şəhər Şurasının binası qarşısında etiraz aksiyası …

Bir cavab yazın