Çökməkdə olan irqçi fars rejim saxta artım görüntüsü yaratmaqla lovğalanır

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, çökməkdə olan irqçi və işğalçı fars rejim saxta artım görüntüsü yaratmaqla lovğalanmaqda davam edir.

Rejimin vitse-prezidenti, Büdcə və Planlaşdırma İdarəsinin rəisi Məhəmməd Bağır Nöbəxt deyib ki, neftin qiymətindəki artım ABŞ-ın İrana sankisiyalarını kompensasiya etdi. Ölkənin neft gəlirləri son 6 ayda 16 faiz artıb.

PressTV-yə danışan vitse-prezidentin sözlərinə görə, cari maliyyə ilində büdcədə neftin hər bareli 55 dollardan götürülüb, ancaq satış qiyməti orta hesabla 70 dollara yaxın olub.

Vitse-prezident həmçinin qeyd edib ki, hökumət sutkada 2,4 milyon barel neft satmağı planlaşdırmışdı, amma bu rəqəm daha da artaraq 2,5 milyon barel olub.

Qeyd edək ki, noyabr ayından rejim qətiyyən neft ixrac edə bilməyəcək. İndi isə saxta artım görüntüsü yaradıb, lovğalanır.

Həmçinin yoxlayın

Molla rejimi ana dilinə görə həbs etdiyi azərbaycanlı fəal Əsgər Fərəcinin son durumu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi ana dilinə görə azərbaycanlı fəal …

Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib. …

Bir cavab yazın