Cümə , Oktyabr 23 2026
azfa
Qaynar xəbər

Azərbaycan türklərinin etrazından sonra Təbriz bələdiyyəsindən kürd terroçusu istefa etməyə məcbur oldu

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Azərbaycan türkləri və fəalların etirazından sonra manqurd bələdiyyə sədri vasitəsilə Təbriz Bələdiyyəsində müşavir təyin edilən Bəxtiyar İzzətpənah adlı kürd terrorçusu istefa verməyə məcbur olub. Rejimin Təbrizə təyin etdiyi manqurd və satqın bələdiyyə sədri İrəc Şəhin Baher isə onun istefasını imzalamağa məcbur olub.

Qeyd edək ki, dünən Təbrizin manqurt bələdiyyə başqanı İrəc Şəhin Baher özünə daha bir antitürk  və PKK tərəfdarı olan müşavir seçmişdi.

PKK və Pejak terror qruplaşmalarının ideyalarını dəstəkləyən radikal kürd Bəxtiyar İzzətpənah şəhərin inkişaf planı üzrə Təbriz bələdiyyə başqanının müşaviri təyin edilmişdir.

İ.Şəhin Baherin bu qərarı azərbaycanlı sosial şəbəkə istifadəçilərinin kəskin etirazı ilə qarşılanıb.

Həmin kürdün Azərbaycana düşmən və antitürk olduğu kimsəyə gizli deyil və onun sosial şəbəkələrdə bu istiqamətdə fəaliyyəti də göz qabağındadır.

 

Həmçinin yoxlayın

Tehran yeraltı obyektlərində raket və dron istehsalını bərpa edib

GADTB: Molla rejimi yeraltı obyektlərdə raket və pilotsuz uçuş aparatlarının (PUA) istehsalını bərpa edib. Bəzi …

Molla rejimi məcburi hicaba qarşı çıxanları sıxışdırdığı və milyonlarla türkün ana dilində təhsil hüququnu məhdudlaşdırdığı halda, Azərbaycan Respublikasından hicablı qızları universitetlərində təhsil almağa dəvət edir – Video

GADTB: İranın elm naziri video paylaşaraq Azərbaycan Respublikasından hicablı qızları İran universitetlərində təhsil almağa dəvət …

Bir cavab yazın