İrqçi fars rejimi işğalçı Ermənistanı qazla təmin edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün İrəvanda İran-Ermənistan qaz kəmərinin ikinci mərhələsinin tikintisinin başa çatmasını bayram edirlər.

Kəmərin tikintisinə Rusiyanın “Qazprom” şirkəti kömək edib. “Qazprom”un rəhbəri Aleksey Miller bu qaz kəmərinin işğalçı dövlətin enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayacağını deyib: “Həmçinin, Ermənistan istehlakçılarının etibarlı və sabit enerji resursları ilə təminatı üçün mühüm layihədir”.

Qeyd edək ki, Ermənistanın özünün qazı yoxdur. Onun qaz tələbatını indiyədək Gürcüstanın ərazisindən istifadə etməklə Rusiya təmin edirdi. Hazırda isə bu təminata İrqçi fars rejim də qoşuldu. 2019-cu ilədək İran-Ermənistan qaz kəmərinin gücünün 2 milyard 300 milyon kub metrədək artırılması planlaşdırılır.

Həmçinin yoxlayın

Molla rejimi tarixi Azərbaycan ərazisi Mərkəzi əyalətdə daha 75 nəfərin əmlakını  müsadirə edib

GADTB: Molla rejimi müxaliflərin əmlaklarını müsadirə etməsi və dondurması ilə bağlı tədbirlərin davam etdiyi bir …

Urmiya gölünün səviyyəsinin ötən illə müqayisədə artdığı iddia edilir

GADTB: Şərqi Azərbaycan Regional Su Şirkətinin baş direktoru və Urmiya Gölünün Bərpası Qərargahının üzvü Yusif …

Bir cavab yazın