Çərşənbə , Avqust 19 2026
azfa

Diktatorların himayəçisi Rusiyanın İran adlanan ölkəni xilas planı üzə çıxdı

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Diktatorların himayəçisi Rusiya İran adlanan ölkəyə ABŞ sanksiyalarından yayınmaq üçün mexanizm yaratmağa kömək edəcək.

Bu barədə informasiyanı “Mako.co.il” saytı İran Xarici İşlər Nazirliyinin məxfi sənədinə əsasən yayıb.

Məlumata görə, yeni yaradılacaq mexanizm Rusiya, İran və Türkiyə liderlərinin Tehranda keçirilən üçtərəfli sammitində razılaşdırılıb. Yeni plana əsasən, İran bundan sonra öz neftini Xəzər dənizi vasitəsilə Rusiyanın neft emalı zavodlarına göndərəcək və neft buradan beynəlxalq bazarlara “rus nefti” kimi çıxarılacaq.

Belə mexanizmin yaradılmasını Avropa ölkələrinin də dəstəklədiyi vurğulanıb.

Həmçinin yoxlayın

Traktor komandası İsfahanda Sepahanı məğlub etdi

QADTB: Azərbaycanın Traktor komandası səfərdə keçirdiyi oyunda İsfahanın Sepahan komandasını 2:0 hesabı ilə məğlub edib. …

“Milad Balsini” Təbriz prokurorluğuna çağırıldıqdan sonra saxlanılıb

QADTB: Azərbaycanlı fəal “Milad Balsini” 1405-ci il mordadın 27-də Təbriz Ümumi və İnqilab Prokurorluğunun 15-ci …

Bir cavab yazın