ABŞ İran adlanan ölkəyə SWIFT-lə bağlı zərbəyə hazırlayır

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Vaşinqton İran adlanan ölkə üçün SWIFT sisteminin söndürülməsi ilə bağlı danışıqlar aparır.

Bu barədə jurnalistlərə açıqlama verən ABŞ Maliyyə naziri Stiven Mnuçin deyib.

“Məqsədimiz odur ki, sanksiyalar altına düşən tranzaksiyalar nə SWIFT, nə də digər mexanizmlərdən keçsin. Sanksiyaların təsir qüvvəsinə malik olması hədəfimizdir”, – deyə o bildirib.

Qeyd edək ki, Vaşinqton SWIFT-in İran üçün, 2012-ci ildə olduğu kimi, söndürülməsini tələb edir. ABŞ SWIFT-in bunu etməyəcəyi təqdirdə ona qarşı sanksiyalar tətbiq edəcəyini açıqlayıb.

Həmçinin yoxlayın

Molla rejimi yeni “nüvə adası”nın tikintisinə başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi bu ilin payızında Karun atom elektrik …

Qərbi Azərbaycana təyin edilən əcnəbi vali vilayətin təhsil işini kürd mühacirinə həvalə edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qərbi Azərbaycanın yerli olmayan və kürd valisi, kürd …

Bir cavab yazın