Bazar ertəsi , May 6 2024
azfa

Külək Güney Azərbaycanın Ərdəbil vilayətinə ciddi ziyan vurdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ötən gün Güney Azərbaycanda sürəti 130 km saata çatan güclü külək Ərdəbil vilayətinin bəzi rayonlarına ciddi ziyan vurub.

Meşkinşəhr rayonunda külək ağacların aşması, mənzillər və mağazaların pəncərələrinin sınması ilə nəticələnib.

Meşkinşəhrin qubernatoru Əkbər Səmədi deyib ki, güclü külək rayonun elektrik şəbəkəsinə ciddi ziyan vurub və bəzi kəndlərə elektrik enerjisinin verilməsi dayandırılıb.

Ərdəbil, Nəmin, Germi, Nir və Səreyin rayonlarında da güclü külək ağacların sınması, reklam tablolarının, bəzi avtomobillərin pəncərələrinin qırılması ilə nəticələnib.

Ərdəbil vilayətinin Hava Proqnozu Bürosu güclü küləyin cümə gününədək davam edəcəyini bildirib.

Həmçinin yoxlayın

Azərbaycanlı sənət adamı evində molla rejimin qüvvələrinin hücumuna məruz qalıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin ETTELAAT məmurları Aşqin xanım İmaminin …

Urmiya gölü böhranlı vəziyyətdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son həftələrdə Urmiya gölünün vəziyyəti ilə bağlı paylaşılan …

Bir cavab yazın