Cümə , İyul 31 2026
azfa

Rəsulzadənin barelyefindəki sözlərdə yanlışlıq etiraza səbəb oldu – Şəkil

GADTB-nin Mətbuat Mərkəzinin Axar.az-a istinadən yaydığı məlumata görə, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin Bakının Novxanı kəndində doğulub, boya-başa çatdığı evin qarşısındakı oğurlanan barelyefinin yerinə asılan yeni lövhə etiraz doğurub.

Yeni vurulan barelyefdə Azərbaycan Xalq Cümhuriyyəti “Azərbaycan Dövlət Cümhuriyyəti” kimi yazılıb. Həmçinin Müsavat Partiyası “Milli Müsavat Partiyası”, “Məhəmməd Əmin Rəsulzadə” isə “Məmmədəmin Rəsulzadə” kimi qeyd olunub.

Qeyd edək ki, M.Ə.Rəsulzadə Milli Şuranın sədri olub, “Azərbaycan Dövlət Cümhuriyyəti”nin deyil.

Bir kiçik barelyefdə bu qədər yanlışlıq böyük müzakirələrə səbəb olub və kəskin tənqid edilib.

Bələdiyyə sədri Şahin Tağıyev barelyefdəki səhvlərlə bağlı məlumatlandırılıb və o, hazırda məsələni “araşdırır”.

Həmçinin yoxlayın

Türk Dövlətləri Təşkilatının ilk peyki bu tarixdə buraxılacaq

GADTB: Türk Dövlətləri Təşkilatının (TDT) ilk birgə peyki olan OTS-SAT-ın 2027-ci ildə buraxılması planlaşdırılıb. Bu …

ABŞ İranla bağlı qurumlara sanksiya tətbiq etdi

GADTB: ABŞ Xəzinədarlığı İranla əlaqəli qurumlara qarşı yeni sanksiyaları təsdiq edib. Xarici Aktivlərə Nəzarət İdarəsi …

Bir cavab yazın