Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

Urmiyada azərbaycanlı fəallar Abbas Lisaniyə azadlıq tələbi ilə divarlara şüarlar yazdılar

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Güney Azərbaycanın, Ərdəbil, Muğan və s. bölgələrindən sonra Urmiyada qanunsuz həbs edilən tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin azadlıq tələb ilə düvarlara şüarlar yazılıb.

Urmiya şəhərində azərbaycanlı fəallar “Siyasi məhbuslar azad olsun”, “Abbas Lisani azad olunsun” və s. şüarlar yazaraqla azərbaycanlı fəalın qanunsuz həbsini pisləmiş və A.Lisaniyə azadlıq tələb etmişlər.

Qeyd edək ki, azərbaycanlı fəal Abbas Lisani 2019-cu il yanvarın 15-də məhkəmə iclası keçirildikdən sonra rejimin Təbrizdə yerləşən prokurorluğunda yaxalanıb. Fəal yanvarın 20-də Təbrizdən Ərdəbildə yerləşən rejimin ETTELAAT İdarəsinə köçürülüb.

Hazırda Abbas Lisaniyə yaxınları ilə görüşmək, hətta telefon əlaqəsi saxlamaq icazəsi verilməyib. A.Lisani bu qanunsuzluqlara görə aclıq aksiyasına başlayıb.

Həmçinin yoxlayın

Məkkə sazişi ölkəkəri Tehrana səfər edib

GADTB: Pakistanın təklifi və İranın təşkilatçılığı ilə Tehranda İran, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında …

BMT müharibənin İranda repressiyaları gücləndirdiyini bildirir

GADTB: BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi Mai Sato deyib ki, müharibədən sonra İranda …

Bir cavab yazın