Bazar , Noyabr 24 2024
azfa

Rejim azərbaycanlı siyasi məhbus Siyamək Mirzaini öz hüquqlarından istifadəsinə mane olur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejim azərbaycanlı siyasi məhbus Siyamək Mirzaiyə öz hüquqlarından istifadəyə mane olur. Rejim Siyamək Mirzayinin məzuniyyətə buraxılmasına qarşı maneçilik törədib.

Rejimin zindana nəzarət edən məhkəmə və təhlükəsizlik məsulları 2019-cu il  yanvarın 24-də fəalın məzuniyyət tələbini rədd edərək, mərhum atasının 40 mərasimində iştirak etməsinə icazə verməyiblər. Fəala atasının dəfn mərasimində iştirak etməyə də icazə verilməmişdir.

Bu qəddarlıqlar rejimin özünün qəbul etdiyi qanunlara da ziddir. Rejimin məhkəmə və zindan qanunlarına əsasən, məhbuslar yaxın qohumlarının ağır xəstəliyə düçar olduğu və ya vəfat etdiyi zamanı prokurorun verdiyi icazə ilə məzuniyyətə buraxılmalıdır.

Rejim azərbaycanlı siyasi məhbus Siyamək Mirzayinin bundan əvvəl də hüquqlarını kobud şəkildə pozulub. O 2016-cı ildə 4 aylıq həbs müddəti bitdikdən sonra 1 milyard tümənlik mülki vəsiqə girov qoyaraq azadlığa çıxmaq istədi, lakin Evin zindanı məsulları onun qanuni tələbini təmin etməkdən imtina etdilər.

Qeyd edək ki, Siyamək Mirzayi 2016-cı il, iyulun 14-də Parsabad şəhərində şəxsi ərzaq mağazasında tutulub. O, əvvəlcə rejimin həmin bölgədə yerləşən ETTELAAT İdarəsinə, sonradan isə Tehranın Evin zindanına köçürülüb. Azərbaycanlı fəal öncə Tehran məhkəməsi tərəfindən ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaq və  qanunsuz qurum yaratmaq kimi qondarma ittihamlarla 10 il həbs və 2 il Təbəs şəhərinə sürgünə məhkum edilib. Lakin sonralar Apellyasiya məhkəməsi fəalın işinə yenidən baxaraq onu 3 il həbs və 1 il Təbəs şəhərinə sürgünə məhkum edib.

 

Həmçinin yoxlayın

Millət vəkili: “İran artıq atom bombası yaratmalıdır”

Bu gün İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Əhməd Bəxşayeş Ərdəstani “Didar News” saytına müsahibəsində …

İranda həbsdə olan azərbaycanlı alimin həyatı təhlükədədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsveç-İran vətəndaşı olan azərbaycanlı alim Əhmədrza Calalinin həyatı …

Bir cavab yazın