Şənbə , Oktyabr 24 2026
azfa

Azərbaycanlı fəalların etirazı nəticə verdi: rejim erməniləri türklərə qarşı mitinqə çıxara bilmədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda azərbaycanlı fəalların irqçi fars rejimə xəbərdarlığı nəticə verdi. Rejim erməniləri Türkiyə və Aərbaycana qarşı səfərbər edib, keçələrdə geniş mitinqə çıxara bilmədi. Dünən aprel ayının 24-də rejim ancaq məhdud şəkildə erməniləri Tehranda erməni kilsəsində etiraza səfərbər edə bildi.

Qeyd edək ki, aprel ayı başlananda Güney Azərbaycanda azərbaycanlı fəallar irqçi fars rejimə qarşı kampaniyaya başlamış və xəbərdarlıq etmişlər ki, erməniləri Azərbaycan və Türkiyəyə qarşı mitinqə səfərbər etməsin. Hətta 24 apreldə azərbaycanlı fəallar Tehranda erməni kilsəsi yaxınlığında mitinqə də cəhd ediblər. Lakin rejim 15 nəfər azərbaycanlı fəalı həbs edib.

Həmçinin yoxlayın

Mai Sato müharibənin İranda repressiyaları daha da gücləndirdiyini deyir

GADTB: BMT-nin İran üzrə xüsusi məruzəçisi Mai Sato sosial media hesabında bildirib ki, müharibə İranda …

Molla rejimindən Traxtura qarşı ayrı-seçkilik: Dubaya uçuşa görə 30 milyard tümən tələb olunur

GADTB: Traxtur klubunun idarə heyətinin üzvü Əli Mahmudzadə bildirib ki, komandanın dövlət təyyarəsi ilə Dubaya …

Bir cavab yazın