Çərşənbə , Sentyabr 16 2026
azfa

Körfəzdə irqçi fars rejimə qarşı ABŞ-la müttəfiqləri toplantı keçirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Körfəz Əməkdaşlıq Şurasının hərbi rəhbərləri və ABŞ Hərbi-Dəniz Qüvvələri komandanları Bəhreyndə toplantı keçirib.

Paytaxt Manamada təşkil olunan toplantıda regionun sərbəst ticarət dövriyyəsi və dənizlərin təhlükəsizliyi məsələləri müzakirə olunub.

Xəbəri Yaxın Şərq və Şimali Afrika ölkələrində ərəbcə yayımlanan “Əl-Hürra” kanalı yayıb. Lakin toplantıda iştirak edən körfəz ölkələrinin adı açıqlanmayıb.

Qeyd edək ki, ABŞ-la İran arasında sözügedən bölgədə gərginlik davam edir. Vaşinqton donanmasını bölgədəki qüvvələrinə İrandan gələ biləcək təhlükələrə qarşı körfəzə göndərib.

Həmçinin yoxlayın

ABŞ, İsrail və ərəb ölkələrinin hərbi komandirləri Almaniyada İranla bağlı məxfi toplantı keçirdi

GADTB: ABŞ, İsrail, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Küveyt, Qətər, İordaniya və Misirin yüksək …

İran rejimi xaricdə yaşayan müxalifləri müəyyənləşdirmək üçün “Əlac” sistemini işə salıb

GADTB: İran rejimi “Əlac” adlı sistem yaradıb. Rejimə bağlı media bu sistemi ölkə xaricində yaşayan …

Bir cavab yazın