Tramp irqçi fars rejimə qarşı verdiyi hücum əmrini hələlik ləğv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ Prezidenti Donald Tramp yaşanan gərginlikdən sonra irqçi fars rejimə qarşı hücum əmri verib, lakin bir müddət sonra əmri ləğv edib. Bu iddia ilə “Nyu York Tayms” nəşri çıxış edib.

Məlumata görə, hücum əmrindən sonra ABŞ gəmiləri və təyyarələri döyüşə hazır vəziyyətə gətirilib, ancaq daha sonra bir raket belə atılmadan əmr geri götürülüb. ABŞ-ın ABC kanalı da “Nyu York Tayms”ın xəbərini təsdiqləyib.

Trampın hücum əmrini ləğv etmək qərarının fikir dəyişikliyi, yoxsa strateji səbəblərdən qəbul edilməsinə dair məlumat yoxdur.

Qeyd edək ki, İranın ABŞ dronunu vurduqdan sonra jurnalistlərdən birinin “İrana hücum edəcəksinizmi?” sualına Ağ Ev rəhbəri “Yaxın zamanda görəcəksiniz” cavabını vermişdi.

Həmçinin yoxlayın

Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi açıldı

GADTB: Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. “Report”un Ankara bürosunun xəbərinə görə, bu barədə …

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …

Bir cavab yazın