Urmiyada Həbib Sahirin xatirəsinə həsr edilən “Ülkər” türkcə şeir gecəsi keçirilib

GADTB-nin Mətbuat Mərkəzinin yaydığı məlumata görə, dekabr ayının 18-də Urmiyanın Sənaye Universitetində Şəms Mədən-İctimai Ocağının təşkilatçılığı ilə mərhum Azərbaycan şairi, Güney Azərbaycanda yeni şeirin atası sayılan Ülkər ləqəbli Həbib Sahirin xatirəsi anılıb. Bu məqsədlə “Ülkər” türkcə şeir gecəsi keçirilib.

Qeyd edək ki, Güney Azərbaycanın Ülkər təxəllüslü şairi Həbib Sahir həmçinin dramaturq, tərcüməçi və Azərbaycan türk ədəbiyyatının araşdırıcılarından olub. O türk şeirinə yeni şeir səpkini gətirməklə Güney Azərbaycanda yeni şeirin atası kimi tanınmışdır.

Şəms Ocağı isə 2015-ci ildə rəsmi icazə ilə türk dili, ədəbiyyatı, tarixi və mədəniyyəti sahəsində fəaliyyət göstərir. Bir neçə türkcə şeir gecəsi, “Varlqı” jurnalı sərgisi və s. türkcə mədəni tədbirlər keçirmişdir.

Həmçinin yoxlayın

Tramp: İran danışmaq istəsə, sadəcə zəng etməlidir

GADTB: Onların rəhbərliyi daxilində böyük daxili çəkişmələr və qarışıqlıq var. Onlar da daxil olmaqla, heç …

Molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 41 nəfərə ağır cəza verir

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində müharibə ilə əlaqədar həbs edilən 41 nəfər …

Bir cavab yazın