Şənbə , Aprel 27 2024
azfa

Kələntəri Türkiyənin Urmiya gölünü xilas edə biləcəyini deyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Ətraf Mühiti Mühafizə Təşkilatının direktoru İsa Kələntəri deyib ki, araşdırmalara görə, Vandan Urmiya gölünə su kanalının çəkilməsi mümkündür.

Kələntəri Türkiyənin Anadolu xəbər agentiyinin bu barədə sualını cavablandırıb.

“Van gölü Urmiya gölündən 450 metr yüksəkdir və aralarında olan məsafə 156 kilometrdir. Van gölünün suyunun Urmiya gölünə köçürülməsi bu gölün qurumasınının qarşısını ala bilər,” Kələntəri bildirib.

Van gölünün suyunun Urmiya gölünə köçürülməsi bu gölün qurumasınının qarşısını ala bilər.

O həmçinin bildirib ki, Van gölünün dərinliyinin 350 metrə qədər artması, bu göldə yaşayan canlılar üçün təhlükəli ola bilər.

İran rəsmisi elmi araşdırmaların bu layihənin müsbət nəticə verəcəyinə işarə etdiyini söyləyib.

“İki illik araşdırmalara görə, su çəkilişinin kimyəvi cəhətdən heç bir problemi yoxdur. Müzakirələrin davam etdirilməsinə qərar verilib. Əgər razılaşmağa müvəffəq olsaq, beləcə də bir-iki elmi suala cavab tapa bilsək hər il 2 milyard kub metr su Urmiya gölünə daxil ola bilər. Burda ən önəmli məsələ Van gölünün Urmiya gölündən yüksəkliyi və suyun iri həmcdə köçürülə bilməsidir,” Kələntəri deyib.

Urmiya gölünün quruması regionun başlıca ekoloji problemlərindn biri sayılır.

Urmiya gölünün quruması regionun başlıca ekoloji problemlərindn biri sayılır.

Ötən ay İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının müavini Vandan Urmiya gölünə su köçürülməsinin hələlik araşdırma mərhələsində olduğunu və hələlik konkret əməliyyat proqramının olmadığını söyləmişdi. O, Urmiya gölünə Araz çayından və Xəzər dənizindən kanal çəkilməsi ilə bağlı layihələrin də nəzərdən keçirildiyini, ancaq bu layihələrin texniki və maliyyə baxımdan mümkün olmadığını bildirmişdi.

2011-ci il avqustun 27-də Urmiya gölünün təcili xilası ilə bağlı layihənin rədd edilməsinin ardınca Təbriz və Urmiya şəhərlərində etiraz nümayişləri keçirilmişdi. Polislərin aksiyalara müdaxiləsi nəticəsində onlarla adam yaralanmış və saxlanılmışdı.

Həmçinin yoxlayın

Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib. …

Molla rejimi Urmiyada onlarla sosial media fəalını məhkəməyə çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Güney Azərbaycanın qərb bölgəsi, xüsusilə Urmiyada …

Bir cavab yazın